Camalov "Qəbələ" akademiyasını ziyarət etdi

00:55 - 18 Fevral 2015

Millimizin üzvü məşqçi və futbolçu heyəi ilə görüşüb
 
Azərbaycan milli komandasına ilk dəfə dəvət alan "Qəbələ"nin gənc futbolçusu - 20 yaşlı Elvin Camalov futbolun sirlərinə yiyələndiyi klubun Futbol Akademiyasının məşqçi və futbolçu heyətini ziyarət edib.
 
Sportal.az xəbər verir ki, bu məqsədlə təşkil olunan toplantıda akademiya direktoru Stenli Brard və akademiyanın baş məşqçisi Halim Fıçıcı da iştirak edib.
 
Mərasimdə çıxış edən Brard və Fıçıcı Elvin Camalovu milli komandaya dəvət olunması münasibətilə təbrik ediblər və ona uğurlar diləyiblər. Elvin Camalov isə öz növbəsində akademiyanın məşqçi heyətinə onun futbolçu kimi yetişməsində çəkdikləri zəhmətə görə təşəkkür edib və akademiyada futbolun sirlərinə yiyələnən futbolçulara öz tövsüyələrini verib. Akademiya kollektivi ilə axşam yeməyi yeyən Camalov üzərində "Çəkilən zəhmət əvəzsiz olmaz" yazılan tortu kəsib.

Xəbər xətti