Millimizin oyunlarının təyinatları açıqlandı
UEFA Azərbaycanın U-17 yığmasının Avropa çempionatının elit mərhələsindəki oyunlarına hakim təyinatlarını açıqlayıb.
Sportal.az xəbər verir ki, millimizin Xorvatiya, Portuqaliya və Serbiya ilə görüşlərini Kipr və Avstriyadan olan hakimlər idarə edəcəklər.
17 mart. 16:30. Xorvatiya - Azərbaycan
"Bakcell Arena". Hakim - Dmitros Massias (Kipr).
19 mart. 16:30. Portuqaliya - Azərbaycan
"Bakcell Arena". Hakim Dmitros Massias (Kipr).
22 mart. 16:30. Azərbaycan - Serbiya
"Bakcell Arena". Hakim - Dominik Ouşan (Avstriya).
saytlarin hazirlanmasi