Millimizin rəqibi dəyişdi

19:50 - 19 Fevral 2015

Oyunun vaxtı da...

 

Xəbər verdiyimiz kimi, fevralın 20-dən 26-a qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirəcək.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın rəqiblərindən biri və oyun cədvəli dəyişib. Futbolçularımız Qananın U-21 yığması ilə fevralın 23-də deyil, iki gün sonra – fevralın 25-də, Bakı vaxtı ilə saat 19:30-da qarşılaşacaq. Komandamızın digər rəqibi isə Qazaxıstanın “Atırau” klubu olacaq (yığmamızın daha öncə Çinin “Hunan Billows” klubu ilə qarşılaşacağı nəzərdə tutulmuşdu). Bu oyun fevralın 23-də, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər xətti