"Ümumilikdə, oyundan narazı qalmadım"
19 yaşadək futbolçulardan ibarət Finlandiya və Azərbaycan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam affa.az saytına açıqlama verib:
Sportal.az alman baş məşqçinin fikirlərini təqdim edir:
“Ümumilikdə, oyundan narazı qalmadım. İkinci hissədə bütün komanda ilə müdafiə olunan bir rəqibə qarşı oynadıq. Daha səbrlə oynamaq lazım idi. Sonuncu dəqiqədə yol verdiyimiz səhvdən sonra qol buraxdıq. Oyunumuzu təhlil edib növbəti qarşılaşmaya hazırlaşacağıq. Çalışacağıq ki, qələbə qazanaq”.
saytlarin hazirlanmasi