"Bu oyunlar təcrübə qazanmaq baxımından bizim üçün uğurlu alındı"
17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan (2:4) sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib.
Sportal.az məşqçi fikirlərini təqdim edir:
Mixail Qalaktionov (Rusiya U-17 yığmasının baş məşqçi): “Oyundan razı qaldım. Elit-raund öncəsi yaxşı hazırlıq oldu. Bu oyunlar təcrübə qazanmaq baxımından bizim üçün uğurlu alındı. Rəqibin səviyyəsi də bizi qane etdi. Fikrimcə, Azərbaycan yığması elit-raundda rəqibləri üçün asan keçiləcək komanda olmayacaq. Yığmanızın mərhələ adlamaq şansı var”.
Mirbağır İsayev (Azərbaycan U-17 yığmasının baş məşqçi): “Oyunun ilk 15 dəqiqəsində meydanda daha çox Rusiya yığması nəzərə çarpırdı. Bu, heyətdə etdiyimiz dəyişikliklərlə bağlıdı. Sevindirici cəhət odu ki, Qara Qarayevi layiqincə əvəz edəcək Famil Camalov kimi futbolçu var. O, iki qol vurdu. Hətta üçüncünü də vura bilərdi. Əlbəttə, meydana qələbə üçün çıxmışdıq. Məni narahat edən əsas məsələ müdafiəçilərin primitiv səhvlərə yol verməsi oldu. Bu cür oyunların keçirilməsi yığmanın xeyrinədi. Yoxlama oyununda uduzsaq da, vacib olanı rəsmi qarşılaşmalarda qələbə qazanmaqdı"
saytlarin hazirlanmasi