"Qəbələ" də istirahətə buraxıldı

01:04 - 21 Fevral 2015

Komanda sabah bir araya gələcək
 
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın 23-cü turunun "Xəzər Lənkəran"la oyunundan sonra futbolçularına istirahət verib.
 
Sportal.az xəbər verir ki, milli komandamızın toplanışı ilə əlaqədar olaraq çempionatda yaranmış fasilədən yararlanan ukraynalı mütəxəssis yetirmələrini 2 günlük istirahətə buraxıb.
 
Komanda üzvləri fevralın 22-də bir araya gələcəklər.
 
Qeyd edək ki, "Qəbələ" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Həmin oyun fevralın 28-də keçiriləcək.

Xəbər xətti