"Qarabağ"ın futbolçusu millinin düşərgəsindən kənarlaşdırıldı

00:18 - 22 Fevral 2015

Zədəli olduğu üçün...

 

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində daha bir dəyişiklik baş verib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Maksim Medvedev (“Qarabağ”) zədəli olduğu üçün millinin düşərgəsindən ayrılıb.

 

Xatırladaq ki, daha öncə Rəşad Sadiqov (“Qəbələ”) və Səlahət Ağayev (“İnter”) zədəli olduqları üçün millinin heyətində Türkiyəyə yollanmamışdılar.

Xəbər xətti