Yoxlama matçı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Sportal.az xəbər verir ki, futbolçularımız Belarusun U-17 komandası ilə qarşılaşıb. Matç komandamızın məğlubiyyəti ilə başa çatıb - 2:1. Yığmamızın heyətində Pilağa Mehdiyev fərqlənib.
Qeyd edək ki, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha öncə "Benfika" klubunun U-17 komandasını 9:0 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi