Dünən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Yaşar Vahabzadənin başçılıq etdiyi komanda Antalyada təlim-məşq toplanışı çərçivəsində ikinci sınağına çıxıb.
Bəzi aparıcı oyunçular əsas yığmada olduğundan onları əvəzləyənlər heyətə layiq olduqlarını sübut etmək şansından yararlanmağa çalışıb. Oyun 2:1 hesabı ilə qanalıların qələbəsi ilə başa çatıb.