"Bu oyunda nəticə qazanmaq gücümüzə görədir"
Premyer Liqanın fevralın 28-də keçiriləcək XXIV turunda “Qəbələ” “Qarabağ”la qarşılaşaсaq. Ötən tur “Xəzər Lənkəran” üzərində əzmkar qələbə (3:1) qazanan “qırmızı-qaralar” səfər qarşılaşmasında da uğurlu nəticə qazanmaq iddiasındadır.
Sportal.az xəbər verir ki, “Qəbələ”nin belaruslu müdafiəçisi Mixail Sivakov qarşıdakı görüşlə bağlı fikirlərini klub saytı ilə bölüşüb:
“Çempionatın lideri ilə qarşılaşacağıq. Bu üzdən futbolçuların əlavə köklənməsinə ehtiyac yoxdur. “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsində çıxış etdiyi vaxtdan tanıyıram. Rəqibimizin “Dnepr”lə hər iki oyununu izləmişdim. Güclü komandaya qarşı oynayacağıq. Bizim üçün bu oyunda qələbə çox vacibdir. Nəzəri hazırlıq zamanı onların oyununu daha dərindən təhlil edib, güclü və zəif tərəflərini üzə çıxaracağıq.
Ötən turda qalib gəlməyimiz yaxşı oldu. “Qarabağ”la görüşə yüksək əhval-ruhiyyədə hazırlaşırıq. Qazanılan hər qələbə təkcə hesabımıza xallar gətirmir, həm də özünəinamı artırır. Hesab edirəm ki, “Qarabağ”la oyunda nəticə qazanmaq gücümüzə görədir. Bunun üçün kollektiv oyun göstərməli, bir-birimiz üçün mübarizə aparıb, gücümüzü ortaya qoymalıyıq”.
saytlarin hazirlanmasi