Millimiz İrlandiyadan revanş ala bilmədi

21:05 - 27 Fevral 2015

Yoxlama matçı
 
İrlandiyada təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası bu gün növbəti yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, komandamız yenidən irlandiyalı həmyaşıdları ilə qarşılaşıb.
 
Bakı vaxtı ilə saat 19:00-da başlayan görüş yenə komandamızın məğlubiyyəti ilə başa çatıb. Amma Nikolay Adamın yetirmələri bu dəfə qapısından iki qol buraxıb.
 
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda yığmamız 0:6 hesabı ilə uduzub.
 
Yoxlama oyunu
27 fevral
 
İrlandiya (U-19) - Azərbaycan (U-19) - 2:0 

Xəbər xətti