AFFA daha bir futbolçunu milliləşdirmək üçün FİFA-ya müraciət etdi

12:46 - 5 Mart 2015

"Metallurq"un futbolçusu...

 

Ukraynanın “Metallurq” (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar   AFFA-nın sorğusuna cavab olaraq  Ukrayna Futbol Federasiyası  bildirib ki, o, bu ölkənin  aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb. 

 

AFFA onun müvafiq qaydalara uyğun olaraq  Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün   FIFA-ya müraciət edib.

Xəbər xətti