Fransa - Azərbaycan oyunu idarə edəcək hakim məlum oldu

00:13 - 6 Mart 2015

Təyinatlar artıq bəllidi
 
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunun oyunlarını idərə edəcək hakimlərin adları açıqlanıb.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 7-ci qrupun oyunlarına təyinatlar müəyyənləşib. 
 
Fransada keçiriləcək qrupun ilk turunda meydan sahibləri ilə qarşılaşacaq millimizin ilk oyununu çernoqoriyalı Nikola Dabanoviç idarə edəcək. Yığmamızın İngiltərə və Danimarka ilə matçlarında ədaləti isveçrəli Adrien Jakkottetin başçılıq etdiyi briqada qoruyacaq.
 
26 mart
22.30 Fransa - Azərbaycan
Hakimlər: Nikola Dabanoviç, Qortse Raznatoviç (hər ikisi Çernoqoriya), Vital Jobin, Adrien Jakkottet (hər ikisi İsveçrə).
Sent-Lo. "Luis Villemer" stadionu.
 
28 mart
21.30 İngiltərə – Azərbaycan  
Hakimlər: Adrien Jakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benua Miyo (hər ikisi Fransa).
Bayo. "Anri Jane" stadionu.
 
31 mart
22.00 Azərbaycan – Danimarka
Hakimlər: Adrien Jakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benua Miyo (hər ikisi Fransa).
Flers. "Stad de Haz" stadionu.

Xəbər xətti