32-ci turun matçı
Portuqaliya çempionatının ikinci liqasında 32-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" səfərdə “Oliveyrense” ilə üz-üzə gəlib.
Oyun futbolçumuzun klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Quluzadə bu dəfə də komandasının oyununda iştirak etməyib. O, qarşılaşmanı ehtiyat oyunçular sırasından izləyib.
Qeyd edək ki, "Atletiko" turnir cədvəlində 31 xalla 23-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi