"Atletiko" yenə qələbə üzünə həsrət qaldı
	 
	Portuqaliya ikinci liqasında 33-cü turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
	 
	Sözügedən komanda doğma meydanda "Maritimo B" klubu ilə qarşılaşıb. Görüş 2:2 hesabıyla başa çatıb. Amitin adı matçın iştirak ərizəsində yer almayıb. Qeyd edək ki, "Atletiko" hazırda 32 xalla 23-cü pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi