Yığmamız bu gün növbəti matçına çıxacaq
Azərbaycanın 21 yaşadək futbolçu qızlardan ibarət yığma komandası Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi Afrodita Kubokunda ilk görüşünü keçirib.
Sportal.az xəbər verir ki, rəqib Malta yığması olub. Görüş "cırtdan ölkə" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 5-ci dəqiqədə Malta yığmasının kapitanı Dorian Teuma açıb. 36-cı dəqiqədə İlenia Karabott fərqi artırıb. Millimizin təsəlli qoluna isə 70-ci dəqiqədə penaltidən Jalə Mənsimova imza atıb. Bu, rəqib komandanın yeni baş məşqçi Mark Qattın rəhbərliyi altında ilk qələbəsi olub.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Bəhreynlə, martın 15-də isə Kiprlə üz-üzə gələcək.
saytlarin hazirlanmasi