"Simurq" "Bakı" ilə matça ciddi hazırlaşır

12:22 - 13 Mart 2015

XXVI tura hazırlıq

 

Əvəzedici heyətlərin ölkə birinciliyinin 2014-15-ci il mövsümünün hazırkı lideri olan "Simurq" növbəti oyunun hazırlıqlarını davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaqatala şəhər stadionunda bu gün növbəti məşqinə çıxan komanda tam heyətlə çalışmalara ara vermir. Hazırda 44 xalla turnir cədvəlinə hökmranlıq edən Rövşən Babayevin yetirmələrinin növbəti turdakı rəqibi paytaxtın "Bakı" klubu olacaq.

 

Qarşılaşma martın 17-də saat 13:30-da start götürəcək. "Bakı"-nın təlim-məşq bazasında keçiriləcək qarşılaşma "Simurq TV" vasitəsilə canlı yayımlanacaq. 

Xəbər xətti