"Artıq kuboku unutmalı və çempionatın növbəti görüşünə hazırlaşmalıyıq"
Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Simurq” – “Qəbələ” oyununda qapılara qol vurulmadı. Buna baxmayaraq, “Simurq” iki oyunun nəticəsinə görə növbəti mərhələyə adladı.
Sportal.az xəbər verir ki, "Simurq"un baş məşqçisi George Çixradze oyun haqda fikirlərini bildirib:
“Növbəti mərhələyə adlamaq vacib idi. Biz ilk oyunda uğurlu futbol sərgiləmişdik, qələbə qazanmışdıq. Amma buna baxmayaraq, arxayınlaşmamışdıq. Meydançaya çıxıb, öz oyunumuzu sərgilədik. Artıq kuboku unutmalı və çempionatın növbəti görüşünə hazırlaşmalıyıq”.
saytlarin hazirlanmasi