Qarşılaşma başladığı kimi başa çatdı
	 
	Türkiyə PTT 1-ci liqasında 24-cü turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası - "Elazığspor" da növbəti matçına çıxıb.
	 
	Sözügedən komanda doğma meydanda "Samsunspor"la qarşılaşıb. Matç başladığı kimi başa çatıb - 0:0. Bir müddət öncə komandanın məşqlərindən kənarlaşdırılan Cavidin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
	 
	Qeyd edək ki, "Elazığspor" hazırda 28 xalla 12-ci pillədə qərarlaşıb. 
                      
saytlarin hazirlanmasi