Həmyerlimiz yenə "18-liy"ə düşə bilmədi
	 
	Almaniya Bundesliqasında XXV turun oyunları keçirilir.
	 
	Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Balayevin komandası "Ayntraxt" da növbəti matçına çıxıb.
	 
	Frankfurt təmsilçisi doğma meydanda "Paderborn"la qarşılaşıb. Matç 4:0 hesabıyla qapıçımızın komandasının xeyrinə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsində yer almayıb.
	 
	Qeyd edək ki, Balayevin komandası hazırda 34 xalla 8-ci pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi