Futbolçumuz matçın sonunadək ehtiyat oyunçular skamyasında
	 
	Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də növbəti oyununa çıxıb.
	 
	Sözügedən komanda səfərdə "İnqolştadt"la üz-üzə gəlib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
	 
	Qeyd edək ki,  “Karlsrue” 43 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
                      
saytlarin hazirlanmasi