"Karşıyaka"dan ianmlı qələbə
	 
	Türkiyə PTT 1-ci liqasında 24-cü turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası - "Karşıyaka" öz meydanında mllimizin sabiq hücumçusu Branimir Subaşiçli "Manisaspor"u qəbul edib.
	 
	Oyun "Karşıyaka"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mahirin adı matçın iştirak ərizəsində yer almayıb. Start heyətdə meydana çıxan Subaşiç isə sonadək mübarizə aparıb.
	 
	Qeyd edək ki, "Karşıyaka" hazırda 36 xalla 8-ci, "Manisaspor" isə 23 xalla 16-cı pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi