Futbolçumuz 45 dəqiqə oynadı
	 
	Almaniya ikinci Bundesliqasında 25-ci turun oyunları keçirilir. 
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb. Düsseldorf klubu səfərdə "Leypsiq"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Toğrul görüşün 46-cı dəqiqəsindən etibarən meydanda olub.
	 
	Qeyd edək ki, "Fortuna" hazırda 36 xalla 7-ci pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi