Millimizin baş məşqçisi biabırçılığa belə şərh verdi

00:15 - 20 Mart 2015

"Bu oyunda komandamız ən pis oyununu sərgilədi"
 
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Mirbağır İsayev AÇ-2015-in elit mərhələsi çərçivəsində Bakıda Portuqaliyaya 0:3 hesablı məğlubiyyəti şərh edib.
 
Sportal.az xəbər verir ki, o, bunları söyləyib:
 
"Uşaqlar rəqibdən çəkinirdilər. Bu oyunda komandamız ən pis oyununu sərgilədi. Biz bir araya gələndən bəri belə oyun göstərməmişdik".

Xəbər xətti