Həmyerlimiz yenə "18-liy"ə düşə bilmədi
	
		 
 
	Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
	 
	Frankfurt klubu səfərdə "Ştutqart"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı yenə matçın iştirak ərizəsinə salınmayıb.
	 
	Qeyd edək ki, "Ayntraxt" hazırda 34 xalla 8-ci pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi