Сavidin adı matçın iştirak ərizəsinə daxil edilməyib
	 
	Türkiyə PTT 1-ci Liqasında 25-ci turun oyunları keçiriliк. 
	 
	Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası - "Elazığspor" da növbəti matçına çıxıb.
	 
	Sözügedən klub səfərdə "Adana Dəmirspor"un qonağı olub. Matç futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. İmamverdiyevin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
	 
	Hazırda "Elazığspor" 28 xalla 12-ci sırada qərarlaşıb.
                      
saytlarin hazirlanmasi