Komanda üçün formal oyun
Bu gün 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində 2-ci qrupun oyunlarına yekun vurulacaq.
Sportal.az xəbər verir ki, qrupun son oyunu milli komandamız üçün formal xarakter daşıyır. Hər iki matçda böyükhesabla uduzan və bir qol belə vura bilməyən Mirbağır İsayevin komandası Serbiyaya qalib gələcəyi halda yarışı üçüncü pillədə tamamlayacaq.
Bu qrupun digər matçı – Xorvatiya – Portuqaliya matçı isə xüsusi maraq kəsb edir. Qrup birincisi olacaq komanda Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
16.30. Azərbaycan – Serbiya 0:4 (İkinci hissə)
Qollar: T.Todoroviç,20, A.Stanislayeviç,28, Z.Mehmedoviç,46, M.Panoviç,77
“Bakcell arena”
saytlarin hazirlanmasi