Millimizin futbolçusu üçün 11 dəqiqə
	 
	Xorvatiya çempionatında 26-cı turun növbəti oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, millimizin hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
	 
	Sözügedən komanda səfərdə "Zaqreb"lə qarşılaşıb. Matç "Hayduk"un 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ruslan matçın 79-cu dəqiqəsindən mübarizəyə qoşulsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
	 
	Qeyd edək ki, Qurbanovun komandası hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi