Failla millidən ayrı düşdü
Malta millisinin lider futbolçularından olan Klayton Failla martın 28-də Azərbaycan millisi ilə oyunda iştirak etməyəcək.
Sportal.az xəbər verir ki, Failla doğuş ərəfəsində olan həyat yoldaşının yanında qalmaq qərarı verib. Bu həftə futbolçunun övladının dünyaya gələcəyi gözlənilir.
Beləliklə, üzürlü səbəbdən K.Failla martın 25-də Tiflisdə Gürcüstanla yoxlama, martın 28-də isə Azərbaycanla rəsmi oyunu buraxmalı olacaq.
saytlarin hazirlanmasi