"Oyunçularımdan razıyam"
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Malta ilə oyun haqda danışıb.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında Malta ilə görüşdə möhtəşəm oyun sərgiləməyə çalışacaqlarını bildirib:
"Düşünürəm ki, Malta ilə oyun məndə güclü təəssürat oyadacaq. Şikayətlənə bilmərəm. Futbolçuları tanıyıram və onların potensialını bilirəm. Oyunçularımdan razıyam. Komandanın hər bir üzvü özünü sübut etməyə çalışmalı, meydanda mübarizə aparmalıdır. Futbolçular topu saxlamalı və ötürmə verməyi bacarmalıdır. Futbolçularda qələbə ruhu yaratmaq istəyirik. Bəli, tamamilə hücuma atılmayacağıq, ancaq möhtəşəm oyun sərgiləməyə çalışacağıq".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta oyunu martın 28-də, saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi