Fransadan millimizə dəstək

17:31 - 26 Mart 2015

Merin müavini düşərgədə olub

 

Fransanın Kanın Ouisterham vilayətinin merinin idman və insan resursları üzrə müavini Jaen-Claude Poilpot Avropa çempionatının elit-raund mərhələsinin oyunları üçün bu şəhərdə olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsini ziyarət edib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-19-un məşqini izləyən qonaq Azərbaycan nümayəndə heyətinin rəhbəri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla görüşüb, qarşıdakı oyunlarda yığmamıza uğurlar arzulayıb. V.Sadıqov öz növbəsində yüksək qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

Xəbər xətti