Futbolçumuzun adı "18-liy"ə salınmadı
	 
	Almaniya Regional Liqasında 25-ci turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun komandası - "Saarbryukken" də növbəti matçına çıxıb.
	 
	Futbolçumuzun komandası səfərdə "TuS Koblents"lə qarşılaşıb. "Saarbryukken" bu görüşdə minimal hesablı qələbəyə sevinib - 1:0. Dadaşov matçın iştirakçısı olmayıb.
	Qeyd edək ki, "Saarbryukken" hazırda 55 xalla 2-ci pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi