Sadıqov: "Amma qol düşündüyümüzdən də tez alındı"

18:30 - 29 Mart 2015

"Amma istifadə edə bilmədik"
 
“Əlimizdən gələni etdik ki, bu oyunda qələbə qazanaq. Erkən qol vurmaq haqda fikirləşirdik. Amma düşündüyümüzdən də tez alındı”.
 
Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın və "Qarabağ"ımızın kapitanı Rəşad Sadıqov “Avro-2016”nın seçmə mərhələsində Maltaya qaib gəldikləri oyundan (2:0) sonra jurnalistlərə deyib.
 
Qarşılaşmanı şərh edən təcrübəli müdafiəçimiz Malta ilə oyunun asan keçmədiyini bildirib. O, rəqibin güclü təzyiqləri ilə üzləşdiklərini qeyd edib: “Qoldan sonra daha ehtiyyatlı oynamağa başladıq. Rəqibin  meydanın mərkəzində təzyiqləri artmışdı. Bizə rahat oynamağa imkan vermirdilər. Buna baxmayaraq, ilk hissədə bir neçə qol epizodumuz oldu. Amma istifadə edə bilmədik. İkinci hissədə rəqib sistemini dəyişdi. Təziqləri daha da artdı. Matçın ilk yarısına nisbətən ikinci yarıda bərabər oyun getdi. Çox sevinirik ki, çətin olmasına baxmayaraq ikinci qolu da vurduq və qalib gəldik”.

Xəbər xətti