Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan millisi ikinci oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Fransanın Baye şəhərindəki Anri Jann stadionunda İngiltərə millisi ilə qarşılaşıb. Matç millimizin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.
Qeyd edək ki, millimiz ilk oyunda Fransaya 0:2 hesabı ilə uduzub.
28 mart
Avropa çempionatının elit-raund mərhələsi, 2-ci tur
21:30. İngiltərə - Azərbaycan - 1:0
Qol: Broun, 37 (1:0)
Hakimlər: Adrien Yakkottet, Vital Yobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoi Millo (hər ikisi Fransa)