19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan Avropa çempionatının elit-raundunda 7-ci qrupun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycanın U-19 yığması ilk görüşündə meydan sahibləri Fransa millisi ilə üz-üzə gəlib. Yığmamız rəqibinə 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu ilin iyul ayında Yunanıstanda keçiriləcək.