"Real"la oyunda bir xal da uğurdu"
Millimizin üzvü Eddi İsrafilov Azərbaycan yığmasına keçidindən danışıb.
Sportal.az xəbər verir ki, o, formasını geyindiyi "Qranada" klubunun rəsmi saytına danışıb:
"Ötən il ikinci liqada mübarizə aparırdım və milli komandanın bəzi oyunları komandamın oyunları ilə eyni vaxta düşürdü. Ona görə oyunların çoxunu buraxmaq istəmirdim. Ona görə də keçən il bu barədə qərar vermədim. Bu il isə fikrimə görə, milli komandaya getməyin əsl vaxtı idi. Mən çalışacam ki, öz üzərimdə işləyim və komandama kömək edim. Əgər oynasam, yenidən milliyə dəvət alacağıma inanıram".
Eddi La Liqada növbəti 3 turda qarşılaşacaqları "Real", "Selta" və "Almeriya" oyunları haqda da fikirlərini bildirib:
"Almeriya" və "Selta" kimi komandalarla başabaş mübarizə aparacağıq. Bu oyunda mütləq qələbə qazanmalıyıq. Qaldı ki, "Real"la oyuna, səfərə biz sanki ölümə gedirik və Madriddə bacardığımızı meydanda qoymalıyıq. Bir xal da uğurdu bizim üçün, 3 xal qazansaq əla olar".
saytlarin hazirlanmasi