"Simurq"da iki ciddi itki
Premyer Liqanın 27-ci turu çərçivəsində keçirdiyi AZAL-la matçda "Simurq" iki ciddi itki ilə üzləşib.
Sportal.az хəbər verir ki, həmin matçda Samir Zərgərovla Premyer Liqanın bombardiri Draqan Çeran cəzalı duruma düşüb. Samir AZAL-la oyunun 43-cü, Çeran 47-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, hər iki futbolçu XXVIII turun "Neftçi" ilə oyunu buraхacaq.
saytlarin hazirlanmasi