Futbolçumuz "18-liy"ə düşə bilmədi
	 
	Almaniya Bundesliqasında 27-ci turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
	 
	Franfkurt klubu doğma meydanda "Hannover"lə qarşılaşıb. Matç 2:2 hesabıyla başa çatıb. Balayevin adı matçın iştirak ərizəsində daxil edilməyib.
	 
	Qeyd edək ki, "Ayntraxt" hazırda 35 xalla 8-ci pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi