Futbolçumuz üçün 31 dəqiqə
	 
	Türkiyə PTT 1-ci Liqasında 26-cı turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.
	 
	Həmyerlimizin klubu doğma meydanda "Albimo Alanyaspor"la qarşılaşıb. Matç "Boluspor"un 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Vaqif matçın 59-cu dəqiqəsində meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
	 
	Qeyd edək ki, "Karşıyaka" hazırda 32 xalla turnir cədvəlinin 11-ci pillədə qərarlaşır.
                      
saytlarin hazirlanmasi