"Simurq"un azarkeşi: "Bundan sonra Vobay hər oyunda təhqir olunacaq"

16:06 - 6 Aprel 2015

"Onu cəhənnəm gözləyəcək"

 

Xəbər verdiyimiz kimi, Premyer Liqanın 28-ci turunda keçirilən "Simurq" - "Neftçi" (0:1) matçdan sonra xoşagəlməz hadisə yaşanıb. Belə ki, "Neftçi"nin futbolçusu Julius Vobay "Simurq" azarkeşlərinə yaxınlaşaraq qeyri-etik jestlər göstərib. Bu hərəkət "Simurq" fanatlarını yetərincə əsəbiləşdirb. Azarkeşlər futbolçuya üzr istəməsi üçün iki gün vaxt qoyub. Bundan sonra mətbuata açıqlamasında "Kiminsə qarşısında üzr istəmək üçün əsas görmürəm" deyən Vobay yenidən "Simurq" azarkeşlərini qıcıqlandırıb.

 

Bu barədə Sportal.az-a danışan "Simurq"un 1 nömrəli azarkeşi olan İnqilab Sultanov bunları qeyd edib:

 

"Əgər Vobay üzr istəməsə və cəzalanmasa, deməli biz bir Azərbaycan xalqı kimi bir legioner futbolçunun qarşısında acizik. Ancaq sizə deyim ki, bütün klubların azarkeşləri bizə dəstək olacaq. Əsasəndə "Qəbələ" "Xəzər Lənkəran" və  "Qarabağ" azarkeşləri. Bu stadionlarda Vobayı cəhənnəm havasi gözləyəcək. Hər oyunda təhqir olunacaq. Vobay tək bizi yox, bütün Azərbaycanı təhqir edib. O, öz cəzasını almalıdır. Xaricdən gəlib çörəyimizi yeyib bizi təhqir edib. Belə adamlar Azərbaycanda futbol oynaya bilməz. Vobay haqqında  klub səviyyəsində ölçu götürülməlidir.

Xəbər xətti