Eddinin son durumu məlum oldu
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov yenidən zədələnib.
Sportal.az xəbər verir ki, "Qranada"nın futbolçusu La Liqanın son turunda "Real Madrid"lə görüşdə ciddi zədə alıb. Tibbi müayinədən keçən futbolçunun 5-7 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. E.İsrafilov "Real"ın 9:1 hesabı ilə qalib gəldiyi matçda 33 dəqiqə oynayıb. Onun təxminən iyunun əvvəllərində fərdi məşqlərə başlayacağ bildirilir, futbolçu bu səbəbdən iyunun 12-si baş tutacaq Norveçlə oyunu buraxa bilər.
Xatırladaq ki, Eddi zədədən təzəcə qayıtmışdı və bu oyun onun "Qranada"da zədədən sonrakı ilk oyunu idi.
saytlarin hazirlanmasi