Komanda "Selta" ilə qarşılaşıb
	 
	İspaniya La Liqasında 30-cu turun oyunları keçirilib.
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
	 
	Sözügedən klub doğma meydanda "Selta" ilə qarşılaşıb. Erkən qol vuran və uzun müddət hesabda öndə olan "Qranada" yalnız 90-cı dəqiqədə buraxılan qol nəticəsində qələbəni əldən verib - 1:1. Zədəli Eddi bu qarşılaşmanın iştirakçısı olmayıb.
	 
	Qeyd edək ki, "Qranada" hazırda 24 xalla 19-cu pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi