"Karlsrue" 4-cü pillədə qərarlaşır
	 
	Almaniya 2-ci Bundesliqasında 28-ci tura start verilib.
	 
	Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" bu turda evdə "Sankt-Pauli"ylə qarşılaşıb. "Göy-ağlar"ın çalışdırıcısı Markus Kauçinski bu matçda millimizin üzvünə start heyətində şans verib. Nazarov matçın 70-ci dəqiqəsinə qədər meydanda olub. Oyun isə "Karlsrue"nin böyükhesablı qələbəsiylə nəticələnib - 3:0. 
	 
	Bu oyundan sonra hesabındakı xalların sayını 48-ə çatdıran "Karlsrue" hazırda 4-cü pillədə qərarlaşıb.
	 
                      
saytlarin hazirlanmasi