Turun son qarşılaşması
	 
	Bu gün Türkiyə PTT birinci liqasında 27-ci tura yekun vurulacaq.
	 
	Sportal.az xəbər verir ki, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə "Alanyaspor"la üz-üzə gələcək. Son oyunlarda uğurlu çıxışı ilə özündən söz etdirən Kamranın bugünkü matçda da meydana çıxması gözlənilir. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Kayserispor" hazırda 56 xalla turnir cədvəlinə liderlik edir. 
                      
saytlarin hazirlanmasi