Həmyerlimizin komandası son dəqiqələrdə 2 qol buraxdı
	 
	Türkiyə PTT I liqasında XXⅦI turun oyunları keçirilir. 
	 
	Sportal.az xəbər verir ki, tur çərçivəsində millimizin sabiq üzvü Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" da növbəti matçına çıxıb. Dənizli təmsilçisi səfərdə "Elazığspor"un qonağı olub. 83-cü dəqiqəyə qədər hesabda irəlidə olan "Dənizlispor" son dəqiqələrdə 2 qol buraxmaqla oyunu məğlub tərk edib. Rail oyuna start heyətində çıxmaqla 90 dəqiqə mübarizə aparıb.
	 
	Qeyd edək ki, "Dənizlispor" 28 turdan sonra 31 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
                      
saytlarin hazirlanmasi