Futbolçumuz "fərqləndi"
	 
	Xorvatiya çempionatında 29-cu turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
	 
	Split təmsilçisi doğma meydanda "Riyeka" ilə qarşılaşıb. Matçda hesabı meydan sahibləri açıblar. Ruslan görüşün 72-ci dəqiqəsində meydana çıxıb. Komandası isə 80 və 82-ci dəqiqələrdə buraxdığı qollarla meydanı məğlub tərk edib. Qurbanov 90+1-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
	 
	Qeyd edək ki, "Hayduk" hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi