Kamran Ağayev Vaqif Cavadova qarşı

13:33 - 20 Aprel 2015

28-ci turun son matçı
 
Bu gün Turkiyə 1-ci liqasında XXVIII tura yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki, son oyun günündə cəmi bir qarşılaşma baş tutacaq. Millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" yığmanın futbolçu Vaqif Cavadovun komandası "Boluspor"u qəbul edəcək. Matç Bakı vaxtı ilə 21:00-da start götürəcək. 
 
Qeyd edək ki, XXVII turdan sonra turnir cədvəlinə 57 xalla "Kayserispor" başçılıq edir. 32 xalı olan "Boluspor" isə 14-cu pillədə qərarlaşıb.

Xəbər xətti