Kamran Ağayevli "Kayserispor"dan qalibiyyət sevinci FOTO+VİDEO

10:52 - 21 Aprel 2015

28-ci turun matçı

 
Türkiyə PTT I Liqasında 28-ci turuna yekun vurulub.
 
 
Sportal.az xəbər verir ki, turun son matçında millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" doğğma meydanda millimizin hücumçusu Vaqif Cavadovun formasını geyindiyi "Boluspor"u qəbul edib.Qarşılaşma 3:0 hesabı ilə Kamran Ağayevin komandası "Kayserispor"un qələbəsi ilə başa çatıb.
 
 
Ağayev 90 dəqiqə meydanda olsa da, Cavadov qarşılaşmanın 81-ci dəqiqədə meydana daxil olub. Qeyd edək ki, Ağayev "sarı-qırmızılı" forma ilə çıxdığı 7 oyunun 5-də qapısını toxunulmaz saxlayıb.
 
 
 

Xəbər xətti