"Qarabağ"ın 5 futbolçusu turun rəmzi yığmasında

17:08 - 23 Aprel 2015

Muarem ən yaxşı seçildi
 
Premyer Liqada XXX turun ən yaxşıları müəyyən olunub.
 
Sportal.az xəbər verir ki, InStat şirkətinin açıqladığı statistik məlumatlara əsasən ötən turda "Simurq” üzərində qazanılan qələbədə iki qolla pay sahibi olan Muarem Muarem ən yaxşı oyunçu seçilib. Onun komanda yoldaşı İbrahim Sehiç turun ən yaxşı qapıçısı kimi rəmzi komandaya daxil edilib. Müdafiə xəttinin ən yaxşıları Ansi Aqolli (Qarabağ), İdan Vaytsman (Simurq), Bədavi Hüseynov (Qarabağ), İlkin Qırtımov (Simurq) təşkil ediblər. "Qəbələ”nin ukraynalı futbolçusu Aleksey Qay dayaq yarımmüdafiəçisi, turun ən yaxşısı olmuş Muarem Muarem isə hücumameylli yarımmüdafiəçi kimi fərqləniblər. Sağ və sol cinahlar üzrə müvafiq olaraq Leroy Corc (Qarabağ) və Cavid Hüseynov (Qəbələ) həftənin rəmzi komandasında yer alıblar. "İnter"in hücumçusu Sezar Meza Kolli və "Qəbələ"li Viktor Mendi isə ötən turun ən yaxşı hücumçuları olublar.

Xəbər xətti