Rail Məlikov üçün xəbərdarlıq: "Əgər məğlub olsanız, əşyalaranızı toplayıb gedə bilərsiniz"

11:31 - 24 Aprel 2015

"Heç olmasa..."

 

Türkiyənin PTT 1-ci liqasında mübarizə aparan "Dənizlispor" 28 turdan sonra 21 xalla 17-ci pillədə qərarlaşıb.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun prezidenti Hasan Kıbrısoğlu komandanın uğursuz çıxışları ilə bağlı sərt açıqlamalar verib. Kıbrısoğlu bu gün "Karşıyaka" ilə vacib matça çıxacaq komandanın qabağına bir sıra şərtlər qoyub:

 

"Bu oyunda əldə edilən bərabərlik belə PTT-dən ayrılacağımıza səbəb olacaq. Bütün problemlərinizi ən yaxşı şəkildə həll etməyə çalışmışıq.Siz futbolçulardan istəyim odur ki,heç olmasa Karşıyaka derbisində bütün gücünüzü ortaya  qoyaraq qalib gələsiniz. Əgər məğlub olarsaq bütün futbolçular əşyalarını toplayıb getsin".

Xəbər xətti